“AccessBank”ın 2024-cü ilin ikinci rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
“AccessBank” ölkənin bank sistemində xərclərin payına görə 6-ci yerdədir. Bankın ümumi xərcləri 83 milyon 498 min manat olmuşdur.
Bankın ən çox xərci depozitlər üzrə faizlərdən və əmək haqqı xərclərindən formalaşıb, ümumi xərclərin 39%-i və 26%-i. Uyğun olaraq 33 milyon 772 min manat və 21 milyon 577 min manat.
Bank inzibati xərclərə 10 milyon 860 min manat xərcləyib ümumi xərclərin 13%-i həcmində.
Hesabat dövründə kredit faiz xərcləri 6 milyon 631 min manat ümumi xərclərin 8%-i həcmində formalaşıb.
Qiymətli kağızlar üzrə faiz xərci və Azərbaycan Mərkəzi bankına kredit xərci eyni çəkidə ümumi xərclərin 1%-i həcmində olub. Uyğun olaraq 176 min manat və 318 min manat.
Daha 3 milyon 196 min manat amortizasiya xərclərinə sərf olunub, ümumi xərclərin 4%-i qədər.
Digər faiz xərcləri formalaşmayıb. Əvəzində 6 milyon 968 min manat digər qeyri-faiz xərcləri yaranıb, başqa sözlə ümumi xərclərin 8%-i həcmində.
| Min manat | ||
| Xərc mənbələri | Məbləğ | Ümumi xərclərdə payı | 
| Faiz xərcləri | ||
| Depozitlər üzrə faizlər | 33 772 | 39% | 
| AMB kredit xərci | 318 | 1% | 
| Kredit faizləri | 6 631 | 8% | 
| QK- faiz xərci | 176 | 1% | 
| Digər faiz xərcləri | 
 | 
 | 
| Qeyri -faiz xərcləri | 
 | |
| İnzibati xərclər | 10 860 | 13% | 
| Əmək haqqı xərcləri | 21 577 | 26% | 
| Amortizasiya xərcləri | 3 196 | 4% | 
| Digər qeyri faiz xərcləri | 6 968 | 8% | 
| 
 | 
 | 
 | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








