Ötən il banklar arasında gəlirləri artan banklardan biri də «AccessBank»dır. Bank 2025-ci ildə təqribən 275 milyon manat qazanıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portal bu dəfə «AccessBank»ın gəlir mənbələrini araşdırıb.
2025-ci ilə «AccessBank»ın gəlirlərində əsas yeri kredit portfeli üzrə faiz gəlirləri tutub, bu istiqamətdən 245 milyon 159 min manat qazanılıb və gəlirlərin 89%-i məhz bu mənbədən formalaşıb. Kredit portfeli üzrə gəlilər 2024-cü illə müqayisədə 14% artıb.
Komissiya haqları bankın ikinci ən böyük gəlir istiqaməti olub, bu sahədən 18 milyon 435 min manat əldə edilib və bu, ümumi gəlirin 7%-ni təşkil edib. Bu sahədən gəlirlər illik müqayisədə 7% çoxalıb.
Bununla yanaşı, digər banklara verilən kreditlərdən gəlirlər 4 milyon 114 min manat, qiymətli kağızlara investisiyalardan gəlirlər isə 3 milyon 848 min manat səviyyəsində olub. İki istiqamət gəlirlərin 3%-lik payına sahib olub. Qiymətli kağızlara investisiyalardan gəlirlər 22,4% azalsa da, digər banklara verilən kreditlərdən gəlirlər 7,6% artıb.
Digər banklarda yerləşdirilmiş depozitlərdən gəlirlər 3 milyon 55 min manat təşkil edib başqa sözlə, ümumi gəlirlərin 1%-i qədər olub. Yeri gəlmişkən bu gəlirlər sürətlə artıb - təqribən 82%.
Daha 1 milyon 143 min manat bankın digər qeyri-faiz gəlirlərindən əldə edilib, bu mənbədən əldə olunmuş gəlir də ümumi gəlirlərin 1%-i həcmindədir. Qeyri-faiz gəlirlərdə 2 dəfə artım müşahidə olunub.
Valyuta əməliyyatları üzrə 1 milyon 32 min manat həcmində zərər qeydə alınıb.
2024-2025-ci illər ərzindıə «AccesBankıin gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kimi olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
213 971 |
87% |
245 159 |
89% |
14,60% |
|
QK-a investisiyadan gəlir |
4 958 |
2% |
3 848 |
1% |
-22,40% |
|
Digər banklara depozitlərdən gəlirlər |
1 682 |
1% |
3 055 |
1% |
81,60% |
|
Digər banklara kreditlərdən gəlirlər |
3 823 |
2% |
4 114 |
2% |
7,60% |
|
Komissiya haqları |
16 559 |
7% |
18 435 |
7% |
11,30% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
3 424 |
1% |
-1 032 |
0% |
-100% |
|
Digər faiz gəlirləri |
|
|
|
|
|
|
Digər qeyri-faiz gəlirləri |
565 |
0% |
1 143 |
0% |
2 dəfə artım |
|
|
|||||
|
Cəmi gəlirlər |
244 982 |
100% |
274 722 |
100% |
12,10% |












