FED.az Azərbaycanın bank sektorunun aparıcı oyunçularından biri, kredit bazarının aktiv iştirakçısı, mikro və kiçik biznesin kreditləşməsi üzrə lider bank olan – “AccessBank” QSC-nin gəlir mənbələrini təqdim edir.
«Expressbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-ci ilin üçüncü rübünün nəticələrinə görə, “AccessBank”ın ümumi gəlirləri 180 milyon 599 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 6-cı yeri tutur.
Hesabat dövründə (üçüncü rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 157 milyon 372 min manatı və ya bütün gəlirlərin 86%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 12 milyon 46 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 7%-i deməkdir.
“AccessBank” valyuta əməliyyatlarından 2 milyon 635 min manat gəlir götürüb bankın bütün gəlirinin 1%-i həcmində.
Bank qiymətli kağızlar bazarına yatırımlardan 3 milyon 862 min manat və ya ümumi gəlirlərin 2%-i qədər gəlir əldə edib.
4 milyon 162 min manat məbləği başqa banklara ayırdığı depozitlərdən və kreditlərdən qazanıb.
Ümumiyyətlə, “AccessBank” ölkə bankları arasında ümumi gəlirlərində faiz gəlirlərinin ən yüksək olduğu bankdır - ümumi gəlirlərində faiz gəlirləri 91%, qeyri-faiz gəlirləri 9% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
157 372 |
86% |
Komissiya haqları |
12 046 |
7% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 635 |
1% |
QK-a investisiyadan gəlir |
3 862 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
1 370 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
2 792 |
2% |
Digər faiz gəlirləri |
|
|
Digər qeyri-faiz gəlirləri |
522 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
180 599 |
100% |