FED.az Azərbaycanın bank sektorunun aparıcı oyunçularından biri, kredit bazarının aktiv iştirakçısı, mikro və kiçik biznesin kreditləşməsi üzrə lider bank olan – “AccessBank” QSC-nin gəlir mənbələrini təqdim edir.
AccessBank 2024-cü ilin 1-ci yarımilliyi üzrə maliyyə nəticələrini - AÇIQLAYIB
2024-ci ilin ikinci rübünün nəticələrinə görə, “AccessBank”ın ümumi gəlirləri 122 milyon 434 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 6-cı yeri tutur.
Hesabat dövründə (ikinci rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 107 milyon 748 min manatı və ya bütün gəlirlərin 88%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 7 milyon 698 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 6%-i deməkdir.
“AccessBank” valyuta əməliyyatlarından 1 milyon 650 min manat gəlir götürüb bankın bütün gəlirinin 1%-i həcmində.
Bank qiymətli kağızlar bazarına yatırımlardan 2 milyon 576 min manat və ya ümumi gəlirlərin 2%-i qədər gəlir əldə edib.
2 milyon 501 min manat məbləği başqa banklara ayırdığı depozitlərdən və kreditlərdən qazanıb.
Ümumiyyətlə, “AccessBank” ölkə bankları arasında ümumi gəlirlərində faiz gəlirlərinin ən yüksək olduğu bankdır - ümumi gəlirlərində faiz gəlirləri 92%, qeyri-faiz gəlirləri 8% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
107 748 |
88% |
Komissiya haqları |
7 698 |
6% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 650 |
1% |
QK-a investisiyadan gəlir |
2 576 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
957 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
1 544 |
1% |
Digər faiz gəlirləri |
|
|
Digər qeyri-faiz gəlirləri |
261 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
122 434 |
100% |