"AccessBank" Azərbaycan dövləti tərəfindən koronavirusun yayılmasına qarşı yönəlmiş və onun ölkə iqtisadiyyatına və əhalinin məşğulluğuna vurduğu mənfi təsiri azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.
Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bununla bağlı olaraq, "AccessBank" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250.000 manat köçürüb.
"AccessBank" əsas prinsiplərinə - sosial məsuliyyət və müştərilərə sədaqət olmaqla, Azərbaycanın davamlı inkişafında iştirak etmək missiyasını öz üzərinə götürüb. Bununla əlaqədar olaraq, bank müştərilərinə pandemiyanın maliyyə nəticələrini minimuma endirmək üçün bir sıra tədbirlər tətbiq edəcək. Tədbirlərə cari kreditlər üzrə restruktrizasiya əməliyyatlarının aparılması imkanları, ödənişlər üzrə güzəşt müddətinin tətbiq olunması, iqtisadiyyatın zərər görmüş sahələri üçün sabit maliyyələşdirilmə imkanları daxil ediləcək.
Bundan başqa, profilaktik tədbirlər çərçivəsində bank, inzibati bina və filiallarında daimi dezinfeksiya işləri aparır və müştərilərinə beynəlxalq tövsiyələrə uyğun olaraq xidmət göstərir.
Sağlamlıqlarının maksimum qorunması üçün "AccessBank" müştərilərinə ehtiyac və tələblərinə uyğun olan məsafəli xidmətdən yararlanmağı məsləhət görür.
İndi bizim ümumi vəzifəmiz bu sınaqdan uğurla keçməkdir və "AccessBank" bunun üçün maksimum səy göstərməyə hazırdır.