"AccessBank" nizamnamə kapitalını 55 mln. dollar ekvivalentində artıra bilər.
Bankın 2016-cı il üzrə audit hesabatında göstərilib ki, artım səhmdarların təsdiqindən sonra reallaşacaq.
"2015-ci ildə baş verən manatın devalvasiyası Azərbaycanın bank sektoruna likvidliyin azalması və kredit şərtlərinin kəskinləşməsi də daxil olmaqla bir sıra əks təsirlər göstərib. Nəticədə 2016-cı ilin sonuna "AccessBank"ın zərəri 90,223 mln. manat təşkil edib. Bu da ilin sonuna bankın kapital adekvatlığı əmsalının tələblərə cavab verməməsinə səbəb olub. Bu tələblərə cavab vermək üçün bankın səhmdarları 34,850 mln. manatlıq kapital artımı həyata keçirib. Bununla yanaşı, səhmdarlar 2017-ci il ərzində əlavə olaraq 55 mln. dollar ekvivalentində kapital artımı planlaşdırır. Bununla da bankın kapital adekvatlığı əmsalı tələblərə cavab verəcək", - deyə hesabatda bildirilir.
Qeyd edək ki, 2016-cı ilin sonuna "AccessBank"ın nizamnamə kapitalı 85 mln. manat olub.