“AccessBank” maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
FED.az xəbər verir ki, tender “MS Navision” Qiymətləndirmə Planına illik abunə alışı üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2020-ci il may ayının 8-də, saat 18:00-da başa çatır.