“AccessBank” QSC-də Marketinq, Korportativ əlaqələ və Əlaqə mərkəzi departamentlərinə kurasiya edən icraçı direktoru və üzvlərin digər banka transferindən sonra yeni vəzifə təyinatı ilə bağlı artıq məlumatlar daxil olub.
Eləcə də bax: “PAŞA Kapital”dan “Unicapital”a – TRANSFER
FED.az Banker.az-a istinadən xəbər verir ki, “yerli Avropa bankı” sloqanı ilə çıxış edən “AccessBank” Marketinq departamentinə direktorluq vəzifəsini Ceyhun Atayev adlı şəxsə həvalə edir.
C.Atayev 2014-cü ildən bank sferasına daxil olub. “PAŞA Bank” ASC-də Davamlı İnkişaf məsələləri üzrə Baş Meneceri vəzifəsində çalışıb."
Yeni direktor olacaq Atayev Amerika Birləşmiş Ştatlarının Minnesota Universiteti və Şotlandiyanın Sterlinq Universitetlərindən ali təhsil dərəcələrinə yiyələnib.