Azərbaycanın aparıcı banklarından olan «Accessbank» 2021-ci ilin birinci rübünü mənfəətlə tamamlayıb.
Eləcə də bax: Banklar 1-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az bankın hesabatına istinadən xəbər verir ki, yanvar-mart aylarında bankın faiz gəlirləri 22 milyon 613 min manat olub, bunun 21 911 min manatını kreditlər üzrə faizlər təşkil edib.
Bu dövrdə «Accessbank» qiymətli kağızlardan 597 minmanat qazanıb, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artıqdır.
Birinci rübdə bankın faiz gəlirləri 10 404 min manat təşkil edib. Bu dövrdə bank əmanət sahiblərinə 8 488 min manat faiz ödəyib. Nəticədə rübün sonuna bankın xalis faiz gəliri 12 209 min manat olub. Ötən il bu rəqəm 15 262 min manat idi.
Hesabat dövründə «Accessbank»ın qeyri-faiz gəlirləri 1 281 min manat, qeyri-faiz xərcləri isə 14 247 min manat olub.
Qeyri-faiz xərclərinin təqribən yarısı əmək haqqının payına düşüb – 7 221 min manat.
Bank birinci rübün nəticəsi olaraq aktivlər üzrə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 892 min manat geri çəkib.
Nəticədə «Accessbank» rübü 135 min manat xalis mənfəətlə başa vurub.
Birinci rübün sonunda «Accessbank»ın aktivləri 848 milyon manat olub. Rübün əvvəlində aktivlər 8,5 milyon manat artıq idi.
Yanvar-mart aylarında pandemiya dövrünə baxmayaraq «Accessbank»ın kredit portfeli böyüyüb. Müştərilərə evrilən ümumi kreditlər təqdibən 17 milyon manat artaraq 520 milyon manata çatır. Biznes kreditləri 14 milyon manat və ya 3,1% artaraq 456,2 milyon manatı keçib. İstehlak kreditləri isə 3,5 milyon manat artaraq 56,4 milyon manata yüksəlib.
Nəticədə bankın xalis kreditləri 19 milyon manat yüksələrək 477,2 milyon manat olub.
Birinci rübdə bankın öhdəlikləri 752,2 milyon manat təşkil edib. Bunun 613,7 milyon manatı depozitlər – bankdakı əmanətlər və hüquqi şəxslərin vəsaitləridir. Bu göstərici ilin əvvəlindən bəri 2,2% azalıb.
Rübün sonuna bankdakı əmanətlərin həcmi 496,3 milyon manat, hüquqi şəxslərin depozitləri isə 117,4 milyon manatdır.
Birinci rübn yekununda bankın kapitalı 95,7 milyon manat təşkil edib.