Prezident İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar olaraq aprelin 22-dən etibarən AccessBank müştərilərinə kompensasiyaların ödənişinə başlayıb.
Ödənişlərin operativ qaydada həyata keçirilməsi üçün filiallara müvafiq təlimat verilib. Bundan başqa, müştərilərin vaxt itkisi ilə üzləşməməsi üçün onlar öncədən SMS vasitəsilə məlumatlandırılır. Ünvanlanan SMS-də müştərilərin yaxınlaşmalı olduğu filial və tarix barədə məlumat yer alıb.
Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.
AccessBank bu prosesin tam şəffaf və operativ qaydada həyata keçirilməsi üçün kadr və texniki resurslarını səfərbər edib. Onu da əlavə edək ki, proses Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə əsasən AccessBank-da yaradılmış müvafiq İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarına təhkim olunmuş məsul şəxslərə və ya 151 Zəng Mərkəzinə ünvanlaya bilərlər.
AccessBank kompensasiyaların ödənişinə başladı
18:00
22 Aprel 2019