2016-cı ilin dekabrın 14-də "AccessBank"ın səhmdarları bankın nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edib.
Bankdan verilən məlumata görə, bu addımın atılmasında əsas məqsəd dəyişkən iqtisadi şəraitdə yaranan yeni çağırışlar zəminində bankın sabit dayanıqlılığının təmin edilməsi üçün əlavə kapital ehtiyatlarının yaradılmasıdır.
Kapitalın artırılması üzrə işlərin standart sənədləşmə prosesi çərçivəsində yekunlaşması gözlənilir.
Səhmdarların kapitalın artırılması ilə bağlı qərarı "AccessBank"ın bazarda mikro, orta və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyinin qorunub saxlanmasını təmin etmək niyyətini nümayiş etdirir.