AccessBank yayınıza rəng qatacaq kampaniyanın müddətini uzatdı!
Belə ki, AccessBank "5-dən 5" adlı kredit kampaniyasının müddətini iyulun 31-dək uzadılması barədə qərar qəbul edib. Nağd pul kreditlərinə şamil olunan kampaniyanın müddətinin uzadılmasına səbəb müştərilər tərəfindən göstərilən böyük maraqdır.
Müştərilərin istəyinə əsasən kampaniya çərçivəsində verilən kreditlər üzrə 5 ayadək GÜZƏŞT MÜDDƏTİ təyin oluna bilər. Bundan başqa, güzəşt müddətində faiz dərəcəsi kreditin illik faiz dərəcəsindən 5% aşağı müəyyən edilir.
Həmçinin, güzəşt müddəti kredit müddətinin istənilən dövrünə tətbiq edilə bilər.
AccessBank ilə yayınıza rəng qatmağa davam edin!
Ətraflı məlumatı bankın saytından, həmçinin Facebook səhifəsindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.