“AccessBank” QSC fiziki şəxslərə verdiyi istehlak kreditinin illik faiz dərəcəsinin minimal faiz dərəcəsini 1.5% bəndi endirib.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Monitorinq Qrupu bildirir ki, kommersiya bankı “Nağd kredit” kimi təklif etdiyi istehlak kreditinin faiz dərəcəsini 15.5%-dən 14%-ə qədər azaldıb.
“AccessBank” bu krediti Azərbaycan manatında təklif edir. Kreditin minimal məbləği 500 manat, maksimal məbləği isə 30 000 manatdır.
Kommersiya bankı bu krediti 6 aydan 48 ay (4 ilədək) müddətə təklif edir.
Qeyd edək ki, “AccessBank” üç formada istehlak krediti təklif edir. Digər ikisi – Kredit kartı və Təminatlı kreditlərdir.