İnformasiya Təhlükəsizliyi üzrə (aparıcı, baş) mütəxəssis
Vəzifə öhdəlikləri
Kənar təhlükələrin və boşluqların, o cümlədən korporativ sistemlərinin boşluqlarının təhlili və onların qarşısının alınması üçün tədbirlərin işlənilib hazırlanması
Bank əməkdaşlarının məlumat-hesablama resurslarına girişinin, səlahiyyətsiz giriş cəhdlərinin, informasiya mühafizəsi sistemlərinin və məlumatlandırma obyektlərinin vəziyyətinin monitorinqi
SIEM sistemi vasitəsi ilə tətbiq edilən kontrolların monitorinq edilməsi və yaranan insidentlərin təhlili
İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasına dair yoxlamaların həyata keçirilməsi
Bank əməkdaşlarının tədrisində və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri ilə əlaqədar təlimatlandırılmasında iştirak etmək
Tələblər
Network, TCP/İP protokolları, SİEM, Vulnerability scanner sistemlərinin işləmə prinsipləri haqqında biliklərə malik olması
İngilis dili biliyi (İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi xətləri üzrə texniki sənədlərin oxunması - kafi dərəcədə)
Təhlükələrə, boşluqlara və mühafizə texnologiyaları sahəsində mütəxəssis bilikləri
ISO 270001 standartları haqqında biliklərin olması
Windows əməliyyat sistemi haqqında biliklər
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.