Balansa qəbul olunmuş əmlakların satışına dəstək üzrə mütəxəssis
Öhdəliklər
Bankın balansında olan əmlakın satışının təşkili
Təqdimat materiallarının hazırlanması və İnternet meydançalarında (saytlarda) yerləşdirilməsi
Potensial müştərilərlə görüşlər və məsləhətləşmələr, müştərilərlə iş
Daşınmaz əmlak obyektlərinin müştərilərə nümayiş etdirilməsi
Sövdələşmələrin bütün mərhələlərində müştərilərin müşayiət olunması, müqavilələrin bağlanması.
Tələblər
Ali təhsil
Kredit sahəsində ən azı 1 il təcrübə
MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarını yaxşı səviyyədə bilmək
Güclü ünsiyyət və komandada işləmək bacarığı
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
Diqqətlilik, məsuliyyətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.