AccessBank
KOB kreditləri üzrə Anderrayter
Əsas funksiyaları:
1. Müzakirəyə çıxarılmış kredit təkliflərinə ilkin baxış və onların müzakirəsi;
2. Müştərinin bütün normalara müvafiqliyinin yoxlanması üçün bütün sənədlərin nəzərdən keçirilməsi və təhlili;
3. Müştərinin maliyyə təhlilinin, monitorinqinin və nəzarət vizitlərinin keçirilməsi4
4. Müəyyən olunmuş limitlərdə kredit komitələrində iştirak etmək;
5. Gecikdirilmiş və restrukturizasiya edilmiş kreditlərin təhlili;
6. Müxtəlif bank seqmentlərində tendensiyaların tədqiqi və təhlili.
Namizədlərə qarşı irəli sürülən tələblər:
KOB kreditləşməsi və ya KOB Anderraytinq sahəsində ən azı 2 illik iş təcrübəsi;
Mükəmməl analitik vərdişlər;
Müştərinin maliyyə hesabatlılığının başa düşülməsi, təfsilatlara qarşı diqqətcillik;
Müştərilərə və bankın filiallarına baş çəkmək imkanı;
Məsuliyyət, ünsiyyətcillik, iş qabiliyyəti, inadcıllıq, tez öyrənmək bacarığı;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
MS Office, Mc Outlook kompüter proqramları ilə sərbəst işləmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.