Ödəniş kartları departamentinin aparıcı mütəxəssisi
Öhdəlikləri:
Bank kartlarından istifadə etməklə aparılan əməliyyatlar üzrə iddia işlərinin aparılması ilə əlaqədar Visa/MasterCard beynəlxalq ödəniş sistemləri (BÖS) ilə, BÖS iştirakçıları olan banklarla, Prosessinq Mərkəzi (PM) ilə qarşılıqlı əlaqə;
Rüblük və aylıq hesabat formalarının doldurulması və BÖS-ə göndərilməsi;
PM tərəfindən təqdim olunan hesablara nəzarət olunması, BÖS xidmətləri üzrə aktların tutuşdurulması;
Sənədlərin açılması və doldurulması, müvafiq layihələrin aparılması;
Yeni kart məhsullarının tətbiqinin iqtisadi effektivliyinin hesablanması;
Biznes proseslərinin təhlili, proseslərin avtomatlaşdırılması üzrə tələblərin işlənib hazırlanması;
Kart məhsulları üzrə proqram təminatı işləyib hazırlayan əməkdaşlar üçün texniki tapşırıqların işlənib hazırlanması və irəli sürülməsi;
Ödəniş kartlarının buraxılmasını və xidmət göstərilməsini tənzimləyən normativ bank sənədlərinin müşayiət olunması.
Tələblər:
Ali təhsil;
İddia işlərinin aparılması ilə əlaqədar BÖS ilə, BÖS iştirakçıları olan banklarla və prosessinq mərkəzi ilə qarşılıqlı əlaqə təcrübəsi, hesabatların hazırlanması üzrə ən azı 2 illk iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərini (BÖS ilə ünsiyyət saxlamaq uçün kafi səviyyədə) bilmək;
Analitik təfəkkür, məqsədyönlülük, məsuliyyət, öyrənmək və yeni biliklər əldə etmək arzusu;
Təcrübəli istifadəçi səviyyəsində şəxsi kompüteri bilmək;
Ünsiyyətcillik və komandada işləmək bacarığı. Üstünlüklər:
Strukturlaşdırılmış sorğular dilini (SQL) bilmək;
Makrosları yazmaq bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.