AccessBank
Vergilər üzrə Menecer və ya Mütəxəssis
Əsas funksiyaları:
Bankın maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik vergi hesabatların hazırlanması və göndərilməsi;
Bank üzrə vergi və dövlət sosial müdafiə fonduna ödənişlərin müəyyən edilməsi və aparılmasına nəzarət;
Vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlamalarında bankı təmsil etməklə yoxlama prosesində iştirak edilməsi;
Bankın vergi hesablaşmaları ilə əlaqədar daxili tranzit hesablarına və bankla dövlət büdcəsi arasında olan hesablaşmalara daimi nəzarət;
Bankda aparılan mütəmadi kənar audit yoxlamaları üçün zəruri məlumatların hazırlanıb təqdim edilməsi;
Vergi orqanından bankın öhdəlikləri və vəzifələri ilə əlaqədar daxil olan məktub və sorğuların araşdılması və cavablandırılması;
Vergilər ilə bağlı baş ofis və filiallardan daxil olan sorğuların cavablandırılması.
Namizədlərə qarşı irəli sürülən tələblər:
Ali təhsil;
Ən azı 5 il müddətində mühasibatlıq sahəsində iş təcrübəsi;
Yaxşı səviyyədə Azərbaycan və rus dilləri biliyi;
Vaxtı mükəmməl idarə etməyi bacarmaq;
Ünsiyyətcillik, iş qabiliyyəti, inadkarlıq, tez öyrənmə bacarığı;
Məsuliyyət, problemləri cəld həll etmək bacarığı
Excel və Word kompüter proqramları və elektron poçtu ilə işləmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.