AccessBank
POS-terminallara xidmət göstərilməsi üzrə mütəxəssis
Öhdəlikləri:
Sifarişlər əsasında obyektlərə getmək;
POS-terminalların quraşdırılması və sazlanması (proqram təminatının yüklənməsi, konfiqurasiyanın sazlanması, kriptoqrafik mühafizə açarlarının yüklənməsi).
POS-terminallara texniki dəstək;
Ticarət-xidmət nöqtələrinin işçi heyətinə avadanlıqlarla iş sahəsinin tədris olunması;
İşlərin aparılması zamanı həmkarlarla və tərəfdaşlarla operativ qarşılıqlı əlaqələr.
Tələblər:
Texniki orta ixtisas və ya ali təhsil;
POS-terminallara xidmət sahəsində ən azı 2 illik iş təcrübəsi;
Şəxsi kompüteri təcrübəli istifadəçi səviyyəsində bilmək;
Stressə qarşı davamlılıq, tez öyrənmək bacarığı;
Ünsiyyətcillik və müştərilərlə ünsiyyət vərdişləri;
Məqsədyönlülük, məsuliyyət, öyrənmək və yeni biliklər əldə etmək istəyi.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.