AccessBank
Insan Resusrları departamentinin rəhbəri
Namizədlərə qarşı irəli sürülən tələblər:
Maliyyə və ya telekommunikasiya sahəsində, yaxud digər sahələrdə çalışan beynəlxalq şirkətlərdə İR Rəhbəri , Departament rəhbəri, yaxud İnsan Resurslarına aid bu kimi vəzifələrdə ən azı 5 illik iş təcrübəsi
İşçi heyətinin idarə olunması sisteminin bütün elementlərini bilmək, o cümlədən əməkdaşların seçilməsi, işə götürülməsi, təlimatlandırılması, şirkətin liderlik potensialının inkişafı və təşkilati strukturun yaradılması
İR proqramlarının / strukturlarının yaradılması və biznesin tələbatlarına uyğunlaşdırılması üzrə təcrübə
İnsan Resurlarının idarə edilməsi sahəsində və ya bu kimi digər sahədə bakalavr dərəcəsinə, yaxud İR ilə əlaqədar başqa bir sahədə (SPHR, GPHR və s.) şəhadətnaməyə üstünlük verilir
Aşkar liderlik keyfiyyətləri, şəxsiyyətlərarası və ünsiyyət vərdişləri
Problemləri mükəmməl həll etmək bacarığı
MS PowerPoint, Word və Excel proqramları ilə işləmək bacarığı
İngilis və ya rus dili biliyi
Əsas öhdəlikləri:
İR idarə olunması üzrə ədalətli siyasət və sistemin işlənib hazırlanması
Bankın işəgötürən qismində təqdimatının təkmilləşdirilməsi
Tədris, inkişaf və ardıcıl planlaşdırma imkanlarından istifadə etməklə banka lazımi kadrların seçilməsinin təmin olunması
İşçi heyətinin idarə olunması ilə əlaqədar strateji və əməliyyat üzrə biznes məsləhətləşmələri
Müvafiq departamentlərlə birlikdə ədalətli və stimullaşdırıcı sistemlərin işlənib hazırlanması və tətbiq edilməsi
Əməkdaşların şəxsi inkişafına şərait yaradan iş səmərəliliyinin sistematik qiymətləndirilməsi prosedurlarının tətbiq olunması
Treninq tələbatlarının qiymətləndirilməsi və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunması
İnsan Resursları Departamentinin büdcəsinin planlaşdırılması və nəzarət olunması
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.