AccessBank
Əlaqə Mərkəzinin operatoru
Əsas funksiyaları:
Abunəçilərin zənglərini qəbul etmək;
Telefon vasitəsi ilə müştərilərlə məsləhətləşmələr aparmaq;
Xidmətlərin seçimində müştərilərə kömək etmək;
Məlumatlar bazası ilə işləmək.
Namizədlərə qarşı irəli sürülən tələblər:
Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili biliyinə üstünlük verilir);
Kompüter proqramlarını bilmək;
Ünsiyyətçillik, fəallıq, işləmək istəyi;
Müştərilərin xidmət keyfiyyətindən razı qalmasına və xidmət keyfiyyətin korporativ standartlara müvafiq olmasına görə məsuliyyət;
Sürətlə öyrənmək və bilikləri təkmilləşdirmək qabiliyyəti
Dəyişkən iş qrafiki – tam gün və ya qismən məşğulluq (gündüz / axşam növbələri) ;
Münaqişələrə yol verməmək;
Komandada işləmək bacarığı;
Savadlı nitq və səlis tələffüz;
Dəqiqlik;
Nəzakətlilik;
Bank sahəsində və Cağrı Mərkəzinin operatoru vəzifəsində iş təcrübəsinə üstünlük verilir.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.