Accessbank
Xəzinədarlıq Departamentində Köməkçi
Tələblər:
Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi
Güclü analitika bacarığı, detallara diqqət
Dil biliyi: Azərbaycan və Rus mükəmməl, İngilis dili yaxşı səviyyədə
Yazılı və şifahi kommunikasiya bacarığı
Bütün namizədlər maliyyə/riyaziyyat üzrə testdən keçməlidir
Vəzifələr: Likvidlik və faiz dərəcəsi riskləri üzrə hesabatların hazırlanması, Bankın risk limitlərinin idarə edilməsi
Maliyyələşmə xərcləri və faiz risklərinə əsasən bank məhsullarının daxili qiymətləndirilməsi
Bankın yerli və beynəlxalq tərəfdaşları ilə ünsiyyət
Departament daxilində digər gündəlik vəzifələr, dokumentasiya, əməliyyatlara nəzarət.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
"AccessBank" işçi axtarır - VAKANSİYA
14:52
8 Noy 2018