AccessBank 3 vakansiya üzrə işçi axtarır. Həmin vakansiyaları diqqətinizə çatdırırıq:
Sistem inzibatçısı (Bank Sistemi)
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- İT dəstək, infrastrukturun və sistemlərin idarə edilməsi
- Avadanlığın və proqram təminatın quraşdırılması, yoxlanması və konfiqurasiyası
- Avadanlıq inventarına nəzarət, İT aktivlərin uçotu
- Sistemlərin mövcudluğun və istifadəsinin monitorinqi
Tələblər
- Temenos T24 və ya digər bank sistemin idarəedilməsində təcrübə
- Enterprayz sistemlərin idarəedilməsi ilə təcrübə
- Bank işi əsasların biliyi
- Windows və Linux sistemlərdə ekspert səviyyəsində biliyi və təcrübəsi
- Proseslərin avtomatlaşdırılması təcrübəsi vacibdir
- İngilis dili biliyinin səviyyəsi - yaxşı
- Azərbaycan və rus dilinin sərbəst bilməsi
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
_______________
İstifadəçilərə Texniki Yardım (Help Desk) Mütəxəssisi
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən müştərilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək
- Diaqnostik üsulları və əlaqədar sualları istifadə edərək uzaqdan problemləri həll etmək
- Problemə və istifadəçilər tərəfindən verilən məlumatlara əsaslanan optimal bir həll tapmaq
- Problemin həlli prosesi ilə addım-addım müştərini məlumatlandırmaq
- İKT xidmətləri haqqında dəqiq məlumat vermək
- Jurnalda hadisələri və problemləri və onların həllini qeyd etmək
- Sorğunun statusunun icrasını izləmək
- İstifadəçilərdən daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək
- Proseduraların inkişafına dair təkliflər irəli sürmək
Tələblər
- İstifadəçilərə texniki yardım rolunda və ya digər müştəri xidməti işində təcrübə
- Ofis avtomatlaşdırma sistemlərlə, məlumat bazalarla təcrübə və uzaqdan idarəetmə bilikləri
- Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsulların yaxşı anlaşılması
- Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
- İngilis, Azərbaycan və Rus dillərini bilməsi
- Əla ünsiyyət bacarıqları
- Müştəri-yönümü və sakit xasiyyət
- İnformasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
___________
ABS üzrə Arxitektor
Vakansiya haqqında məlumat:
Vəzifə öhdəlikləri:
- Temenos T24 layihəsinin texniki cəhətdən işlənib hazırlanmasına görə cavabdehlik daşıyır, bank layihəsinin yaradılmasının və məhsulların işlənib hazırlanmasının bütün mərhələlərində məsləhətlər verir.
- Biznes tələblərinin toplanması, sistemlərin təhlili və tərtibatı, köməkçi və texniki sənədlərin hazırlanmasının yoxlanması sahəsində proqram təminatının işlənib hazırlanmasında iştirak edir.
- Məhsullarla əlaqədar müxtəlif xidmətləri müəyyən edir və işləyib hazırlayır, bu sahədə zəruri bilik və bacarıqlarını inkişaf etdirir, eləcə də səhmdarlarla qarşılıqlı əlaqələr yaratmaqla məhsulların işlənib hazırlanması üzrə davamlı prosesi həyata keçirir.
- Texniki tərtibat üzrə səlahiyyətli qruplarda iştirak edərək Т24 və informasiya texnologiyalarının işlənib hazırlanması kontekstində layihənin / məhsulların effektiv tətbiqinin, eləcə də tətbiq olunan texniki həllin dəstəklənməsinin təmin olunmasına köməklik göstərir.
- Layihənin / məhsulların işlənib hazırlanması üçün uyğunluq və konfiqurasiya tələbləri üzrə texniki həlləri müəyyən edir.
- Tələblərə müvafiq qaydada layihənin işlənib hazırlanmasının müasirləşdirilməsi zamanı texniki mütəxəssislə qarşılıqlı əməkdaşlıq edir
- BA komandasının mentorluğu və keyfiyyətə nəzarətin təmin olunması üçün sınaq heyəti ilə qarşılıqlı əməkdaşlıq edir.
Tələblər:
- Bankçılıq və maliyyə sahəsində ən azı 5 illik iş təcrübəsi.
- Т24 biliyi və bütün modullar üzrə təcrübə.
- jBase, TAFC/TAFJ, OFS kimi T24 texnologiyaları üzrə təcrübə.
- Proqram təminatının funksional spesifikasiyalarının yazıya alınması təcrübəsi.
- T24 şərtləri ilə texniki spesifikasiyaların nəzərdən keçirilməsi təcrübəsi.
- Т24 məlumatlarının ötürülməsi / T24 sisteminin təkmilləşdirilməsi / T24 sisteminin təcrübəsi ilə texniki-funksional bacarlıqlar
- Layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üzrə uğurlu təcrübə
- Biznes tələblərini İT həllərinə keçirmək bacarığı
- Mükəmməl analitik bacarıq və təfsilatlara qarşı diqqətcillik
- Mükəmməl şifahi və yazılı ünsiyyət, problemlərin təqdim olunması və həll edilməsi, müştərilərlə işləmək bacarığı.
- Komandanın kollektiv mühitdə işləməyi bacaran, məqsədyönlü və motivasiyalı üzvü olmaq.
- Mükəmməl təqdimatçılıq bacarığı
- İngilis dilini sərbəst bilmək.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.