AccessBank-ın təklif etdiyi myCard-ı artıq ABŞ dolları və Avro valyutalarında əldə edib, bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərsiniz.
myCard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, hər bir müştəri kart hesablarında olan müsbət qalığa illik 5%-ə qədər gəlir əldə edəcək.
Həmçinin, myCard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər.
Bundan əlavə, myCard-la edilən ödənişlərə AccessQazanc proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində AccessBank-ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştəriyə geri qayıdır.
Bankın bütün yeni və cari müştəriləri myСard-ı məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər.
Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.