AccessBank-ın Müşahidə Şurasında dəyişiklik baş verib. Bankın Müşahidə Şurasına yeni sədr seçilib.
Məlumata görə, 6 iyul 2017-ci il tarixində AccessBank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və iclasda bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb. Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub və nəticədə Müşahidə Şurasının yeni sədri və yeni üzvü seçilib.
Yeni sədr vəzifəsinə Doktor Yan Klasen seçilib, o, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Müşahidə Şurasına yeni üzv qismində isə Emre Yıldız daxil olub.
Beləliklə, hazırda Bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdaki kimidir: Doktor Yan Klasen sədr, üzvlər isə Sayed Aftab Ahmed, Tomas Enqelhardt, Rayner Müller-Hanke və Emre Yıldızdır.