AccessBank-ın korporativ sosial məsuliyyət (KSM) layihələrində aktiv iştirakı daha bir təşkilat tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ölkənin ən iri biznes təşkilatı olan Azərbaycan Sahibkarlar Konfederasiyası AccessBank-ı təşəkkürnamə ilə təltif edib.
FED.az xəbər verir ki, təltifetmə mərasimi ASK tərəfindən təşkil edilən "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti" mövzusunda keçirilən konfrans zamanı baş tutub.
Eləcə də bax: Azərbaycan bankı bankirlər üçün – ENDİRİMLİ KREDİTƏ BAŞLAYIB
Qeyd edək ki, AccessBank ölkədə ən çox KSM layihələri həyata keçirən şirkətlərdən biridir. Cari ildə bankın KSM layihələri qadınların və uşaqların müdafiəsi, təhsil və maliyyə savadlılığı kimi sahələri əhatə edib.
Həyata keçirdiyimiz layihələrə verilən qiymətə görə AccessBank ASK-ya təşəkkür edir!