«AccessBank» yeni kredit kampaniyasına başlayıb. Bankdan FED.az-a verilən məluata görə, noyabrın 1-dən dekabrın 28-dək davam edəcək kampaniya çərçivəsində 20 000 manatadək biznes kreditini 36 ayadək müddətə daşınmaz əmlak girovu olmadan götürmək olar.
«AccessBank-dan mikro kredit əldə edən biznes sahibləri bir sıra üstünlüklərdən faydalana bilər. Belə ki, AccessBank müştərilərinə 12 ayadək güzəşt müddəti və ödəniş planını öz biznesinə uyğun şəkildə seçmək imkanı yaradır. Bundan başqa, çevik sənədləşmə prosesi və sənədlərin minimal siyahısı, eləcə də kreditin verilməsi ilə bağlı əlavə xərclərin olmaması (məs. hesabın açılması, nağdlaşdırma xərci) müştərilərə krediti tez və rahat şəkildə əldə etmək imkan verir»-deyə məlumatda bildirilir.
Kreditin bu keçiddən onlayn sifariş етмяк олар. Kampaniya barədə ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, Facebook, Instagram və Twitter səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək Əlaqə Mərkəzindən əldə etmək mümkündür.