“AccessBank” gələcəkdə özünün prosessinq mərkəzini yarada bilər.
AccessBank 4 nominasiya üzrə - QALİB OLDU!
FED.az xəbər verir ki, bu barədə “AccessBank”ın İdarə Heyətinin üzvü, korporativ, kiçik və orta sahibkarlıq və pərakəndə bankçılıq üzrə icraçı direktoru İlkin Quliyev jurnalistlərə açıqlamasında deyib.
“Bizim öz prosessinq mərkəzimizi inkişaf etdirmək üçün bütün lazımi resurslarımız var. İstisna deyil ki, bank gələcəkdə özünün prosessinq mərkəzini yaradacaq”, - deyə İ.Quliyev qeyd edib.
Qeyd edək ki, “AccessBank” bundan əvvəl yeni prosessinq mərkəzinə keçməklə xidmətlərinin inkişafında mühüm addım atmışdı. (Azərtac)