AccessBank-ın səhmdarlarının strukturundakı dəyişikliklərə həsr olunmuş mətbuat konfransında, İdarə Heyətinin sədri Anar Həsənov bankın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib.
FED.az xəbər verir ki,bunu şərh edən cənab Həsənov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 mln. manat məbləğində artırılıb.
Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.
Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".
Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. "Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq", - deyə sədr vurğulayıb.
AccessBank ölkənin ən güclü kapitalına malik olan 5 bankdan birinə çevrilib. Artımdan öncə AccessBank nizamnamə kapitalının məbləğinə görə banklar arasında ilk onluqda idi.
Bankların nizamnamə kapitalı üzrə ilk onluq:
№ |
Banklar |
Nizamnamə kapitalı (mln. manat) |
1 |
Azərbaycan Beynəlxalq Bankı |
1 224,5 |
2 |
Nikoil Bank |
348 |
3 |
PAŞA Bank |
333 |
4 |
VTB Azerbaijan |
315,82 |
5 |
AccessBank |
258,75 |
6 |
Xalq Bank |
225,08 |
7 |
Kapital Bank |
185,85 |
8 |
Expressbank |
137,26 |
9 |
Unibank |
125,69 |
10 |
Atabank |
120,02 |