Daim müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün çalışan AccessBank bu istiqamətdə daha bir yeniliyə hazırlaşır.
FED.az xəbər verir ki, bank dünyanın ən müasir bank əməliyyat sistemlərindən biri olan Temenos T24 bank əməliyyat sisteminin R10 versiyasından R16 versiyasına keçəcək. Başqa sözlə, Sizin yerli Avropa bankınızın əməliyyat sistemi tam altı pillə irəliləyir!
Baş verəcək yeniliklər sayəsində bank xidmətlərinin keyfiyyəti və sürəti daha da artacaq, ən asası qabaqcıl texnoloji yenilikləri daha çevik və effektiv şəkildə tətbiq etməyə imkan yaradacaq.Nəticədə müştərilərimiz ən müasir bank xidmətlərindən daha rahat şəkildə və minimal vaxt sərf
edərək istifadə edə biləcək.
Sistemin yenilənməsi 9-11 noyabr tarixlərində baş tutucaq. Həmin müddət ərzində myAccess onlayn bankçılıq sisteminin və Cash-In ödəmə terminallarının işində məhdudiyyətlər yaranacaq. Yenilənmə müddəti ərizində ödəniş kartlarından nağdlaşdırmada, eləcə də onlayn və POS-terminal
vasitəsilə ödənişlərdə məhdudiyyət olmayacaq.
Noyabrın 12-dən yenilənmiş bank sistemimizin fəaliyyəti tamamilə bərpa olunacaq.Sizə texnoloji yeniliklər dolu, qabaqcıl bank xidmətləri təqdim etmək üçün çalışırıq!
Bankla əlaqə saxlamaq üçün 151 Əlaqə Mərkəzinə zəng edə, rəsmi Facebook, Instagram səhifələrimizə və ya (+99455) 33 151 33 WhatsApp nömrəsinə yaza bilərsiniz.
AccessBank əməliyyat sistemini yeniləyir
16:49
8 Noy 2018