Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank sahibkarlara dəstək olmaqda davam edir. Bankın Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2022-ci ildə 258 sahibkara müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 7.000.000 AZN məbləğdə güzəştli kreditlər təqdim edilib.
AccessBank AKİA-ın dəstəyi ilə 448 fermerə - DƏSTƏK OLDU
Sahibkarlığın İnkişafı Fondunun təqdim etdiyi biznesə dəstək kreditlərinin əsas şərtləri:
- illik 5%
- 10 milyon AZN-dək
Sifariş və ətraflı məlumat üçün: https://bit.ly/3zZ8pLg
Sahibkarlar təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng edə və ya bankın filiallarına yaxınlaşa bilərlər.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.