AccessBank hüquqi şəxslər və fərdi sahibkarlar üçün xüsusi kampaniyaya start verir.
FED.az xəbər verir ki, kampaniyaya əsasən, AccessBank-da hesab açan yeni müştərilər SWIFT əməliyyatları həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər.
Təklif yeni müştərilərin ilk ay ərzində məcmu halda 200 000 AZN ekvivalentindən artıq olmayan xarici valyutada olan köçürmələrinə şamil edilir.
Qeyd edək ki, AccessBank-ın ABŞ və Avropanın nəhəng maliyyə qurumlarında xarici valyutada müxbir bank hesabları var.