Bu gündən etibarən Vüsalə Həsənova AccessBank-da filial rəhbəri kimi fəaliyyətə başlayır.
Eləcə də bax: "AccessBank"da department rəhbəri - TƏYİN OLUNUB
Bankdan FED.az-a verilən məlumata görə, o, Bankda fəaliyyətini “Xəqani” filialının rəhbəri kimi davam etdirəcək.
Xanım Həsənova AccessBankda iş fəaliyyətinə 2012-ci ildə başlayıb. 2015-ci ildə Müştəri Xidmətləri Aparıcı Mütəxəssisi vəzifəsinə təyin olunub, 2017-ci ildə isə QKM Satışı və Bank Xidmətləri üzrə Baş Mütəxəssis vəzifəsinə keçib. Filial rəhbəri təyinatınadək 2020-ci ildən “20 Yanvar” filialında Pərakəndə Bankçılıq üzrə Qrup Rəhbəri kimi çalışıb.
Vüsalə Həsənova Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.