Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank beynəlxalq Mikromaliyyə Mərkəzinin (Microfinance Center, MFC) üzvləri sırasına qatılıb.
AccessBank gənc atletlərə - DƏSTƏK OLDU
MFC ilə əməkdaşlıq çərçivəsində AccessBank sözügedən qurumun digər üzvləri ilə mikromaliyyələşdirmə sahəsində təcrübəsini bölüşmək, beynəlxalq təcrübədən faydalanmaq və əldə edilən bilik və təcrübələri bank daxilində tətbiq etmək imkanı qazanır.
Mikromaliyyə Mərkəzi beynəlxalq maliyyə qurumu olaraq, ədaləti, inklüzivliyi, bərabərliyi və məsuliyyətli xidməti təşviq edən sosial maliyyə şəbəkəsidir. MFC Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 100-dən çox təşkilatı birləşdirir. Hazırda təşkilat üzvləri 2 milyondan çox aztəminatlı müştəriyə mikromaliyyə xidmətləri göstərir.
Ətraflı məlumat üçün: https://mfc.org.pl/
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 17-si bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.