Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Bu atalar sözü əsrlərin sınağından keçib və təcrübədə də isbat olunub. Həqiqətən, kiçik bir bağ sahəsinə sahib olsanız belə, həmin bağa qulluq etmək hərdən çoxlu vaxt və fiziki güc tələb edir. Əvəzində siz sərf etdiyiniz əməyin bəhrəsini görəcəksiniz. Təbii ki, bunun üçün kifayət qədər maliyyə vəsaitiniz də olmalıdır.
Daim kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək verən AccessBank bağçılıqla məşğul olan şəxslər üçün "Bağa bax ki, bağ olsun!" kredit kampaniyasına start verir. Kampaniya aprelin 30-dək davam edəcək.
Bu müddət ərzində Bank kənd təsərrüfatı ilə məşğul olan şəxslərə kredit götürərkən 12 ayadək GÜZƏŞT MÜDDƏTİ və bu müddət ərzində illik faiz dərəcəsinə 3%-dək ENDİRİM təqdim edir. Bundan başqa, müştəri ödəniş qrafikini özü seçərək kredit üzrə ödənişləri öz biznesinə uyğun şəkildə tərtib edə biləcək.
Ətraflı məlumatı bankın saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
"AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).
AccessBank: Bağa bax ki, bağ olsun!
11:43
16 Fev 2018