12 həftə davam edəcək layihə çərçivəsində namizədlər Bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.
Namizədlərə qarşı tələblər:
- Ən azı bakalavr dərəcəsi
- Komandada işləmək bacarığı
- Analitik təfəkkür
- AccessBank-da karyera qurmaq istəyi
- Bankın regional filiallarında işləmək istəyi və imkanı
- Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
- İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.
Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:
- Unikal peşəkar inkişaf imkanı
- İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması
- Təlim müddətində zəmanətli əməkhaqqı
- Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
- AccessBank-da karyera yüksəlişi.
"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 31 mart 2019-cu il tarixinədək sayta keçid edərək (https://www.accessbank.az/az/our-bank/bankers-school/ ) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində (31 mart - 21 aprel) namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.