«Access Bank» müştərilərə təklif etdiyi “Müddətli Depozit” üzrə faiz dərəcələrini artırıb.
«VTB Bank»da əmanət faizləri yüksəldi – RƏQƏMLƏR, MÜQAYİSƏ
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə xarici valyutada (USD) yerləşdirilən əmanətlərin faizlərində artım nəzərə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Müddətli Depozit” məhsulunda dollarda faizlər (aylıq ödənildikdə) 6 , 12, 18 və 24 aylıq əmanətlər üçün 3,5% təşkil edirdisə, mayda 12 aylıq əmanətlər üzrə gəlirlilik dərəcəsi 3,5%-dən 4%-ə yüksəlib.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik artıb belə ki, əvvəlki ayda 6 , 12, 18 və 24 aylıq əmanətlər üçün 4% gəlirlilik müəyyən olunmuşdusa, mayda 12 aylıq əmaətlərdə göstərici 4%-dən 4,5%-ə qalxıb.
Qeyd edək ki, xarici valyutada yalnız 12 aylıq əmanətlər üzrə faizlərdə artım müşahidə edilib.
Yüksək faizlərlə əmanət yerləşdirmək istəyənlərin nəzərinə çatdıraq ki, bu göstəricilər 23.03.2024 tarixdən etibarən başladılan aksiya çərçivəsində 01.06.2024-cü il tarixinədək qüvvədədir.