Maliyyə Bazarlarına Nəzarət Palatası "Access Bank" QSC-nin yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.
Emissiya hər birinin nominal dəyəri 4,25 manat olan 32 941 177 ədəd yeni səhminin qapalı üsulla yerləşdirilməsini nəzərdə tutur.
NİZAMANAMƏ KAPİTALI 2 DƏFƏ ARTACAQ
Qiymətli kağızlar tam şəkildə realizə edilərsə, "Access Bank"ın təxminən 2 dəfə artaraq indiki 140,25 milyon manatdan 280,25 milyon manata çatacaq.
İYULDA BƏYAN ETMİŞDİ
İyulun sonunda "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirmişdi ki, Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması banka yeni inkişaf mərhələsinə daxil olmaq üçün yaxşı imkanlar yaradır:
"Mikromaliyyələşmə sahəsinin lideri olaraq mövqeyimizi nəinki qorumağı, hətta gücləndirməyi düşünürük. Bu məqsədə nail olmaq üçün bizim maliyyə dayanıqlılığı, kadr potensialı və müştəri etibarı kimi zəruri resurslarımız var. Bazar payımızı gücləndirməklə yanaşı, biz xidmət səviyyəmizin artırılması üçün də lazımi addımlar atacağıq. Biz 2018-ci ilə olduqca pozitiv baxırıq və qarşıya qoyulan hədəflərə nail olacağımıza əminik".
BORC KAPİTALA KONVERTASİYA EDİLƏCƏK
Bir müdddət öncə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin açıqladığı hesbatda bildirilir ki, "AccessBank" nizamnamə kapitalının 140 milyon manat artırılması 2018-ci ildə və ya ən geci 2019-cu ilin 1-ci rübündə başa çatacaqdır.
Agentliyin hesabatında qeyd edilib ki, "AccessBank"ın səhmdarları və kreditorları nizamanmə kapitalının 140 milyon manat artırlması planını razılaşdırıblar. Artım əsasən, Bankın borclarının kapitala konvertasiya edilməsi yolu ilə həyata keçiriləcəkdir. Beləliklə, digər bir sıra Azərbaycan bankı kimi "AccessBank" da aldığı kreditin yerinə səhmlərini verərək borcdan xilas olacaqdır.
© "Renkinq", Marja