Vəzifə - SQL proqramçı
Əsas funksiyaları:
1)MS SQL Server ilə iş
2) T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması
3) İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
4) SSRS, SQL, Excel, Access əsasında hesabatların hazırlanması
Namizədlərə qarşı irəli sürülən tələblər:
1) Ali təhsil (kompüter texnologiyaları sahəsində təhsilə üstünlük verilir).
2) Ən azı 3 il müddətində məlumatlar bazası ilə iş təcrübəsi (MSSQL SERVER)
3) Dərin T-SQL bilikləri, mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq bacarığı
4) MS SQL Reporting Services və MS Excel biliyi
5) Texniki sənədlər tərtib etmək təcrübəsi
6) Ünsiyyətcillik, təfsilatlara qarşı diqqətcillik, öz fikirlərini texniki və qeyri-texniki adresatlara çatdırmaq bacarığı, analitik təfəkkür, nəticələrə yönümlülük, komandada işləmək bacarığı
7) Maliyyə sahəsində iş təcrübəsi (üstünlük verilir)
8) Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini texniki sənədlərin oxunması səviyyəsində bilmək
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
"ACCESS BANK" işçi axtarır - VAKANSİYA
16:14
2 Mart 2018