«Bank Avrasiya»nın vaxtı keçmiş kreditlərinin məbləği ümumi kredit portfelinin 22.6%-ni təşkil edib.
FED.az xəbər verir ki, bankın açıqladığı hesabata görə bu ilin birinci yarısında bankın kredit portfeli 90 mln 519 min manat olub ki, bunun da 20 mln 536 min manatı vaxtı keçmiş kreditlərdi.
Eləcə də bax: Bütün bankların vəziyyəti məlum oldu - MƏNFƏƏT-ZƏRƏR -2-Cİ RÜB – TAM SİYAHI
Bankın kreditlərinin sahələr üzrə bölgüsünə gəldikdə isə maliyyyə qurumunun ən çox krediti “şəxsi və ailəvi” fiziki şəxslərə verdiyi məlum olub. Bank adı çəkilən sahəyə 29 mln 854 min manat kredit verib.
Bank ikinci ən çox kredit ayırdığı sahə ticarət müəssisələridir. Bu sahəyə ayrılan kreditin məbləği 28 mln 845 min manat təşkil edib.
Üçüncü ən çox kredit verilən sahə isə sənaye sektoru olub. Bank sənaye sahəsində fəaliyyət göstərənlərə 15 mln 866 min manat kredit verib.
«Bank Avrasiya» kənd təsərrüfatına 10,4 milyon manat kredit ayırıb.
Daha 2,2 milyon manat isə tikinti sektoruna yönəldilib.
Eləcə də bax: Azərbaycan banklarının aktivlərinin həcminə görə - RENKİNQİ (30.06.2019)
Sənaye sektoruna verdiyi kreditlər bankın «başına bəla» olub
«Bank Avrasiya»nın sənaye sahələrinə böyük kredit ayırması onu problemlə üz-üzə qoyub - ən çox vaxtı keçmiş kreditlər bu sahədədir.
Belə ki, sənaye sektoruna verilən kreditlərin 11 mln 195 min manatı və ya 70,5%-i vaxtı keçmiş kreditlərdir.
Eləcə də bax: Azərbaycan bankının sədri işdən çıxıb, müvəqqəti sədr təyin edilib
Digər ən çox vaxtı keçmiş kredit ticarət sahəsindədir. Bankın bu sahəyə ayırdığı kreditlərin 21,5%-i və ya 6 mln 219 min manatı geri qayıtmayıb.
İstehlak kreditlərində vəziyyət yaxşıdır – 29,8 milyon manatlıq kreditin cəmi 8,2%-i və ya 2,45 milyon manatı problemlidir.
Bankın «üzünü ağ edən» sahələr - qeyri-istehsalat və xidmət sahələri olub. Bu sahəyə ayrılan 2 mln 085 min manat kreditinin bir qəpiyinin də vaxtı keçməyib.
Əvəzində tikintiyə ayrılan 2,2 milyon manatın yarım milyon manatı və ya 24% problemlidir.
Eləcə də bax: Azərbaycanda bankların ən çox qazandığı aylar – MƏLUM OLUB
Kreditləri ən təmiz qaytaran sahələrdən biri də aqrar sahədir – 10,4 milyon manatlıq kreditdən cəmii 92 min manatı problemlidir. Heç 1%-də deyil və aqrar sahəyə xas olmayacaq qədər yaxşıdır.
Bankın cəmi 3 filialı var, ikisi Bakıda biri isə Sumqayıtdadır. Elə ona görə, bankın kredit portfeli Bakı və Abşerondən kənara çıxmır – kreditlərin 83 mln 011 min manatı Bakı və Abşeronun, 6 mln 304 min manat isə Sumqayıtın payına düşür.
Bankın kreditlər üçün ayırdığı adi və məqsədli ehtiyatları 14 mln 560 min manatdır ki, bu da ümumi kredit poprtfelində 16% deməkdir.