ABŞ VTB Bankın Avropadakı törəmə bankını sanksiyalardan çıxarıb.
ABŞ Maliyyə Nazirliyi bir sıra Rusiya banklarını yeni sanksiyalar paketinə daxil edib
FED.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bildirib. Məlumata görə, Ost-West Handelsbank Rusiyaya qarşı sanksiyalardan çıxarılıb. Bundan başqa, bankın əvvəlki adları - "VTB Bank Europe" və "VTB Bank Deutschland" da sanksiyalar siyahısından çıxarılıb.
Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində yerləşən Rusiya bankı VTB-nin Avropa filialının adını VTB Bank Europe-dan Ost-West Handeslbank (OWH SE) olaraq dəyişəcəyini bildirmişdi. Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra VTB Bank Europe əmanətçiləri əsasən vəsaitlərini geri götürdülər və bank Almaniya tənzimləyicilərinin nəzarətinə keçdi. (Apa)