ABB səhmdarlarına 2025-ci ilin maliyyə fəaliyyəti üzrə 200 mln. dividend ödəyəcək.
"ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək" - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, dividendin 184 mln. manatı əsas səhmdar olan Azərbaycan hökumətinə, qalan hissəsi isə on minlərlə səhmdara ödəniləcək. Bankın səhmlərinin gəlirliliyi 15,6% təşkil edir.
Abbas İbrahimov əlavə edib ki, ABB son illər dividend, mənfəət vergisi şəklində və s. istiqamətdə 2 mlrd. manat ödəniş edib.














