6-8 faiz marja daxilində ABB ən aşağı marjalar təyin edən, yəni 6%ə daha yaxın civarında marja təyin edən banklardandır.
Azərbaycanda bütün nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Sədr qeyd edib ki, amma bunun bir neçə səbəbi var. Birincisi, kredit faiz marjası bankın miqyasından, bankın biznes modelindən, bankın əməliyyat xərclərini idarə edə bilmə səviyyəsindən, bankın riskləri idarə etmə bacarığından, süni intellekt modelləri tətbiq etməklə avtomatlaşdırılma səviyyəsindən və digər bir neçə parametrlərdən asılıdır. Məsələn, əgər hər hansı bir bank mikrokredit verirsə, onun faiz marjası ilə sırf korporativ kredit verən bankın faiz marjasını müqayisə etmək düzgün deyil. Çünki korporativ kreditin verilməsi üçün daha az əməliyyat xərci tələb olunur, amma istehlak krediti və ya ümumilikdə kiçik həcmli kredit ayrıldıqda əməliyyat xərcləri daha çox olur.
"ABB marjanın aşağı hissəsində yer alır və bunun səbəbləri var. Əvvəla ABB ölkənin ən böyük bankıdır və bu baxımdan miqyas üstünlüyünə malikdir. İkinci olaraq ABB universal bankdır və bütün seqmentlərdə mövcuddur, bir çox seqmentdə birinci, riteyl seqmentində isə ikinci yerdədir. Bu da bizə marjaları effektiv şəkildə istifadə etmək imkanı verir.
Bəs biz marjaları effektiv istifadə etmək üçün başqa nə işlər görürük. Məsələn, üç il əvvəl istehlak krediti almaq üçün banka gedib saatlarla növbə gözləmək lazım gəlirdi. Amma ötən il biz rəqəmsallaşma vasitəsilə tam fərqli bir təcrübə təqdim etdik. Keçən il ucdan uca rəqəmsal təcrübə ilə ABB mobile platformasında müştərilərə verilən riteyl kreditlərin 60 faizdən çoxu bank filialını görmədən tamamilə rəqəmsal mühitdə təqdim olunub. Müştəri əgər ABB müştərisidirsə, mobil tətbiqdə beş dəqiqə ərzində müraciət edərək həmin anda krediti öz kartına alıb. Əgər ABB müştərisi deyilsə, KYC və zəng prosedurlarından keçərək yenə də sürətli şəkildə krediti əldə edib, banka daxil olmadan prosesi tamamlaya bilib"- deyə o əlavə edib.