2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda öhdəlikləri ən böyük məbləğdə artan banklar Azərbaycan Beynəlxalq Bankı (ABB) və Kapital Bank olub.
FED.az xəbər verir ki, ABB-nin öhdəliklərində artım 2 milyard 372,7 milyon manat və ya 20,8% təşkil edib. Bankın öhdəlikləri 11 milyard 422,2 milyon manatdan 13 milyard 795 milyon manata çatıb.
Kapital Bankın öhdəlikləri isə 2025-ci ilin sonundakı 10 milyard 142,6 milyon manatdan 2026-cı il sentyabrın 30-na 12 milyard 575 milyon manata yüksəlib. Beləliklə, bankın öhdəlikləri 2 milyard 432,5 milyon manat və ya 24% artıb.
İki bankın öhdəliklərinin ümumi artımı 4 milyard 805 milyon 191 min manat olub.
Üçüncü yerdə “PAŞA Bank” qərarlaşıb. Bankın öhdəlikləri 512,8 milyon manat artaraq 9 milyard 2,4 milyon manata yüksəlib.
Dördüncü yerdə 396 milyon manat artımla “Bank of Baku”, beşinci yerdə isə 226,3 milyon manat artımla “Ziraat Bank” qərarlaşıb.
|
Bank |
Öhdəliklərin artımı |
|
Kapital Bank |
2 milyard 432,5 milyon manat |
|
ABB |
2 milyard 372,7 milyon manat |
|
PAŞA Bank |
512,8 milyon manat |
|
Bank of Baku |
396 milyon manat |
|
Ziraat Bank |
226,3 milyon manat |















