Riyasiyyat sahəsində xüsusi istedadına görə son günlər sosial şəbəkələrdə məşhurlaşmış sumqayıtlı şagird Fərid Babayevdən yeni xəbər var.
FED.az xəbər verir ki, şagirdin Sinqapurda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (SIMOC) iştirak xərclərini ABB öz üzərinə götürüb. Fərid Babayevin atası Elnur Babayev də ABB əməkdaşıdır. Bankın Sumqayıt filialında çalışır. Bankın şagirdə dəstəyi barədə məlumatı da elə atası öz Facebook səhifəsində paylaşıb: “Oğlum Fərid Babayev yayda Sinqapurda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (SIMOC) ölkəmizi təmsil edəcək! Doğma Bankım ABB Fəridin olimpiadada iştirak xərclərini üzərinə götürdü. ABB-də çalışmağın bir üstünlüyü də budur!”
Fərid Babayev Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbdə təhsil alır. Ölkədaxili olimpiadalarda çoxsaylı qələbələr qazanıb. ABŞ Riyaziyyat Olimpiadasının da ölkə üzrə qalibi olub. Bu nailiyyətinə görə yayda Sinqapurda keçiriləcək olimpiadada iştirak edəcək.
Elnur Babayev, ABB-nin əməkdaşı