Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB 2025-ci ilin 1-ci rübünü yaxşı göstəricilərlə başa vurub.
FED.az bankın rüölük hesabatına istinadən xəbər verir ki, ilin ilk 3 ayında ABB bir qədər də böyüyüb, gəlirləri kəskin artıb və 66 milyon manata yaxın mənfəət əldə edib.
Hesabata əsasən, 2025-ci ilin 1-ci rübündə ABB-nin aktivləri 700 milyon manat artaraq 14,3 milyard manatı keçib. Aktiılərin böyük hissəsi sürətlə böyüyən kredit portfelinin payına düşür. Son 3 ayda bankın kreditləri 138 milyon manat artaraq 6 milyard 469 milyon manata çatıb.
Bu dövrdə biznes kreditləri 37 milyon manat, istehlak kreditləri 70 milyon manat, daşınmaz əmlak krpeditləri isə 10 milyon manat artıb.
Bankın hesabındakı nağd vəsaitlər isə 3,5 milyard manatı keçib.
2025-ci ildə ABB-nin 10 milyard manatdan artıq nəhəng depozit portfeli daha 120 milyon manat artaraq 10 milyard 128 milyon manatı keçib.
Bankda hüquqi şəxslərin depozitləri, 150 milyon manat artaraq7,4 milyard manat, fiziki şəxslərin əmanətləri isə 2 milyard 719 milyon manat olub.
ABB-nin digər kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri isə 1,4 milyard manata yaxınlaşıb.
Rübün sonunda ABB-nin cəmi kapitalı daha 70 milyon manat artaraq 2 milyard 122 milyon manatı keçib. Səhmdar kapitalı ilə yanaşı, bölüşdürülməm iş mənfəətə daha 65 milyon manat əlavə edilib.
İri miqyaslarla böyümək ABB-nin gəlir və xərclərini də böyüdüb.
Kredit portfelinin genişlənməsi səbəbindən ilk rübdə bankın faiz gəlirləri 50 milyon manat artaraq 257 milyon manata yüksəlib. Bunun 191 milyon manatı kredit faizlərindən, 45 milyon manat isə ABB-nin yatırım etdiyi qiymətli kağızların faizlərindən daxil olub.
Bankın faiz xərcləri isə təqribən 2 dəfə artaraq 43 milyon manatdan 83 milyon manat yüksəlib. Bunun byük hissəsi əmanətlər üzrə ödənilən faizlərdir. Belə ki, ABB ilk 3 ayda öz əmanətçilərinə 67 milyon manat faiz qazandırıb, bu ötən ildən 2 dəfə artıqdır.
İlk rübdə ABB-nin qeyri-faiz gəlirləri 10 milyon manat artaraq 67 milyon dan 77 milyon manata yüksəlib.
Bunun 52 milyon manatı haqq və komissiya gəlrləri. 23 milyon manat isə xarici valyutadan daxil olmalardır.
ABB-nin sürətli böyüməsi özünü bankın əməliyyat xərclərində, xüsusilə əməkhaqqı fondunda göstərib. İlk 3 ayda bank əmək haqlarına 47 milyon manat xərcləyib ki, bu da bir il əvvəllə müqayisədə 9 milyon manat artıqdır.
1-ci rübün nəticələrinə görə, ABB-nin əməliyyat mənfəəti 118 milyon manat olub. Bundan təqribən 37 milyon manat ehtiyatlara ayrılıb, 15 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə ABB 2025-ci ilin 1-ci rübünü 65,7 milyon manat mənfəətlə tamamlayıb. Bu bankın səhmlərinə sahib olmuş yeni səhmdarlar üçün əla xəbərdir.