ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Gəncə şəhərində təlim təşkil edib. Təlimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Thinkwise şirkəti də dəstək göstərib.
Bankdan FED.az-a verilən məlumata görə, tədbirdə Gəncə və ətraf bölgələrdən 30-a yaxın iş adamı qatılıb. İştirakçılar idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi və “Yaşıl dəhliz” buraxılış sistemi”, biznes fəaliyyətində qarşıya çıxan problemlərin həlli ilə bağlı məlumatlandırılıblar.
Təlim iştirakçılarına kiçik və orta sahibkarlıq seqmenti üzrə kredit və qeyri-kredit məhsulları, maliyyə risklərinin idarə edilməsi məsələləri ilə bağlı da ətraflı məlumat verilib. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar qurmaq imkanı da qazanıblar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.