Azərbaycan Beynəlxalq Bankında (ABB) Rusiya rublu ilə əməliyyatlarda məhdudiyyət yoxdur.
Eləcə də bax: Azərbaycanda bu banklar rus rublu ilə - ƏMƏLİYYATLARI DAYANDIRIR - SİYAHI YENİLƏNİR
FED.az xəbər verir ki, ABB-dən verilən məlumata görə, rublla əməliyyatlar üzrə məhdudiyyət yoxdur. Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər.
Qeyd edək ki, Ukrayna böhranı və Rusiyaya qarşı tətbiq edilən sanksilar fonunda rubl kəskin ucuzlaşaraq dünyanın ən volatil valyutasına çevrilib. (Apa)
Xatırladaq ki, bu gün rublun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0157 manat (1 manat/63,69 rubl) təşkil edib. Bu, 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir.