Azərbaycanın bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı (ABB Bank) 2025-ci ildə bütün biznes kreditlərinin 99%-ni qeyri-neft sektoruna ayırıb.
FED.az xəbər verir ki, bu barədə ABB-nin Korporativ və Kiçik və orta biznes kreditləri departamentinin rəhbəri Ülvi Qasımov bildirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində ABB-nin biznes kreditləri 426 milyon manat və ya 13,8% artaraq 3,5 milyard manatı keçib.
Ötən il ayrılan biznes kreditlərinin 99%-i qeyri-neft sektorunu əhatə edib.
Sahibkarlıq seqmentində də ciddi artım dinamikası müşahidə olunub. Kiçik və orta biznes sektorunaayrılan kreditlər 39% artaraq 292 milyon manata, mikro biznes kreditləri isə 24% artımla 38,9 milyon manata çatıb.
Kreditlərdə ən yüksək artım Tikinti, Yeyinti və ilkin tələbat mallarının ticarəti, Nəqliyyat, eləcə də İnformasiya və Rabitə sahələrində qeydə alınıb.











