ABB filialları ilə yanaşı, şöbələrinin də Bankın yeni inkişaf konseptinə uyğun qurulmasını davam etdirir. Bankın yenilənmiş Siyəzən şöbəsi müştərilərin istifadəsinə verilib.
Bankdan FED.az-a verilən məlumata görə, şöbə Siyəzən şəhəri, Babək küçəsində fəaliyyət göstərir.
Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait təmin olunub. Fərdi və korporativ müştərilər Siyəzən şöbəsində kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bu prosesin Bankın brend kimliyinin yenilənməsinə, müştərilərin rahatlığına, filial və şöbələrdə gözləmə müddətinin azalmasına xidmət etdiyini bildirib: “Ümidvarıq ki, Siyəzən şöbəmiz də yaratdığı imkanlarla regionun inkişafı üçün faydalı olacaq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.